Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Çimərlikdə faciə - 9 aylıq uşaq həlak oldu, 15 yaralı

Braziliyanın Rio de Janeyro şəhərindəki dünyaca məşhur Kopakabana çimərliyində faciə yaşanıb.

Mynews.az Globo-ya istinadən bildirir ki, yerli sakinlər və turistlər arasında populyar Rua Figueredo de Magalhães bulvarının yaxınlığındakı yolda Hyundai I30-un sükanı arxasında olan 41 yaşlı Antoniu de Almeyda Anaquim qəflətən epileptik tutmaya məruz qalıb. İdarəetməni itirən maşın yoldan çıxıb və bulvara girib. Bulvarda gəzişən insanları əzən maşın qumsallıqda dayanıb.

Maşın 16 nəfəri vurub. Onların arasında atasının qucağında olan 9 aylıq körpə həlak olub.

"Souza Aguiar Hospital"a aparılmış yaralılar arasında 4 uşaq var.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...