Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şamaxıda çoban öldürülüb - YENİLƏNİB

Şamaxı rayonunda baş verən silahlı insident zamanı qətlə yetirilən şəxsin adı məlum olub.

Mynews.az Report-a istinadən xəbər verir ki, rayonun Acıdərə yaşayış massivində baş verən hadisə zamanı çobanlıqla məşğul olan, rayonun Quşçu kənd sakini, 1980-cı il təvəllüdlü Zaur Seyidağa oğlu Hacıyev qonşusu, 1996-cı il təvəllüdlü Natiq Şirbala oğlu Binyətov tərəfindən ov tüfəngi ilə qətlə yetirilib. 

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən N.Binyətov saxlanılıb.

Faktla bağlı Şamaxı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanılıb.

Hadisənin səbəbləri araşdırılır.

09:35

Şamaxı rayonunun Acıdərə yaşayış massivində qətl hadisəsi törədilib.

Mynews.az Report-a istinadən xəbər verir ki, Sabir qəsəbə sakini Ramin Şirbala oğlu çobanlıqla məşğul olan qonşusunu tüfəngdən atəş açaraq qətlə yetirib.

Hadisə mübahisə zəminində baş verib. Qətli törədən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...