Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda F-1 tipli əl qumbarasının istehsalına başlanıb

2017-ci ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müdafiə təyinatlı məmulatların istehsalı ilə bağlı məqsədyönlü işlər davam etdirilib.

Mynews.az xəbər verir ki, bu gün nazir Yavər Camalovun sədrliyi ilə Müdafiə Sənayesi Nazirliyində 2017-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında qeyd olunub ki, müdafiə və xüsusi təyinatlı məmulatların istehsal həcmində 2016-cı illə müqayisədə 10 faiz artım əldə olunub.

Yeni nəsil silah növlərindən “Yalquzaq” snayper tüfənginin, müxtəlif mm-lik minaatanların, müxtəlif mm-lik əl qumbaraatanının, zirehli texnikalar üçün tüstü qumbaraatan qurğusunun və tüstü qumbarasının, KXP tipli optik kollimatorun, qəlpəli minalı atəş yığımının və F-1 tipli əl qumbarasının seriyalı istehsalı təşkil olunub.

Eyni zamanda, alınma texnologiya əsasında müxtəlif mm-lik kalibrli döyüş sursatları üçün müxtəlif tipli partladıcıların, avtomat və pulemyotlar üçün dörd adda lülənin istehsalat hazırlığı başa çatdırılıb və seriyalı istehsalı mənimsənilib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...