Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda dayı 13 yaşlı bacısı qızını dəfələrlə zorladı

Bakıda  azyaşlı qızın dəfələrlə zorlanması faktı qeydə alınıb.

Mynews.az xəbər verir ki, bu barədə Oxu.az-a Binəqədi rayon Polis İdarəsindən məlumat daxil olub.

Məlumata əsasən, 2017-ci ildə Binəqədi qəsəbəsinin 13 yaşlı sakini müxtəlif vaxtlarda bir neçə dəfə zorlanıb. Azyaşlıya təcavüz edən şəxs zərərçəkənin eyni ünvanda yaşayan  dayısı, 1993-cü il təvəllüdlü R.Babayevdir.

Uşağında hazırda  Azərbaycan Uşaq Birliyinin reinteqrasiya mərkəzində olduğu bildirilir. Polisə zorlanma faktı ilə bağlı şikayət ərizəsi məhz həmin mərkəzdən daxil olub.

İstintaq orqanları, şübhəli ilə bağlı araşdırma aparır. Ərizə yanvarın 18-də daxil olduğundan fakt üzrə hələlik heç kim saxlanılmayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...