İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edi
Azərbaycan prezidenti İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib.
Mynews.az oxu.az-a istinadən xəbərinə görə, dövlət başçısı 20 Yanvar faciəsinin qurbanlarının məzarları üzərinə qərənfillər düzüb.
Prezident “Əbədi məşəl” kompleksi önünə əklil qoyub, vətən yolunda qurban getmiş şəhidlərin xatirəsinə ehtiramını bildirib.
Azərbaycanın dövlət və hökumət nümayəndələri, deputatlar, diplomatik korpusun təmsilçiləri də Şəhidlər Xiyabanını ziyarət ediblər.
Qeyd edək ki, 1990-cı il yanvarın 20-də baş verən hadisələrin 28-ci ildönümü ilə əlaqədar səhər saatlarından 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət başlayıb.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 931 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 928 dəfə oxunub
- Emin Ağalarov söz verdi 927 dəfə oxunub
loading...