Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ucarda ata və oğul bıçaqlandı - Ata öldü

Ucarda ata və oğul bıçaqlanıb.

Mynews.az APA-ya istinadən xəbərinə görə, hadisə  ötən gecə, saat  23:30 radələrində rayon ərazisində baş verib.

Şəhərin Heydər Əliyev prospekti, ev 92 ünvanında yaşayan 1959-cı il təvəllüdlü Tehran  Salman oğlu Zahidov  və oğlu, 1982-ci il təvəllüdlü Samir Tehran oğlu Zahidov bıçaq xəsarətləri ilə ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

T. Zahidovun ürək nahiyəsindən aldığı xəsarət ağır olduğundan o, xəstəxanada ölüb. Oğlu S. Zahidov isə Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Hadisənin baş vermə səbəbi hələlik məlum deyil. Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...