Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda ŞOK - Ana 17 yaşlı qızının sevgilisi ilə mesajlaşdı - "Aşkım..." - FOTO - VİDEO

Valideynlərinin iddiasına görə 17 yaşında bibisi oğlu tərəfindən şantaj olunaraq qaçırılan 17 yaşlı Aygün ötən gün Xəzər TV- də yayımlanan "Səni axtarıram" verilişinda maraqlı açıqlamalar verib.

Mynews.az goldnews.az-a istinadən xəbər verir ki, gənc qız şantaj edilmədiyini, öz istəyi ilə bibisi oğluna qoşulub getdiyini bildirib. Onun sözlərinə görə, verilişdə ekspertlərə guya onun sevdiyi oğlanla mesajlaşmaları kimi təqdim olunan yazışmaların isə əslində anası tərəfindən yazıldığını söyləyib. Aygün anasının onun adından Eldənizlə yazışdığını, özünün isə həmin oğlanı sevmədiyini bildirib.

"Mən o evdən anamın əlindən bezib qaçdım. Bir daha ora geri dönməyəcəm. Məni axtarmasınlar",-deyə gənz qız bildirib.

Xatrıladaq ki, yanvarın 10-da qaçırılan 17 yaşlı Aygünün valideynləri iddia edirlər ki, qızları zorla qaçırılıb. "Bacım oğlu şantaj yolu ilə 18 yaşı tamam olmayan qızımı qaçırıb. Aygünü mesajlarla təhdid edib. "Valideynlərini öldürəcəm" deyib. Oğlan 3 aydır "türmə"dən çıxıb. Açığı bacımın qapısına gedə bilmirik. Çox böyük münaqişə var. Ayın 10-undan biz qırğındayıq. Hadisəni bilən kimi dərhal Biləsuvar Rayon Polis Şöbəsinə müraciət etdik. Qızım yeniyetmə qızdır. Onu aldatmaq və qorxutmaq çox asan idi. O da bundan istifadə edib. Qızım, heç nədən utanma, çəkinmə. Sənin həyatınla oynayan insanla sən yaşaya bilməzsən". Anası oğlanın Aygünə göndərdiyi mesajları Xoşqədəmə göstərib:
"Gələndə şərtim olacaq. Əgər "hə" desən telefonu verəcəm, nömrələr də, şəkillərin də silinəcək. Yox desən, əl çəkməyəcəm".
Xoşqədəmin "Hansı şəkillərdən söhbət gedir?" sualına Aygünün anası "Oğlan qızın şəkillərin çəkibmiş. Bilmirik hansı şəkillərdən söhbət gedir. Qızı bununla şantaj edirmiş ki, "Mənlə qaçmasan, bu şəkilləri yayacam". Mən onlara qız versəydim... Eminin qardaşı Tərlan polis idarəsində işləyir. O mənə 3-4 dəfə zəng vurdu. Aygünü çox bəyəndiklərini dedi. Dedi "Aygünə də de. Onu mənə verin". Mən də "Verə bilmərəm. Aygün uşaqdır. Sənin 36 yaşın var. Qıza "Tərlan səni istəyir" dedim. Aygün "Mənim Tərlandan zəhləm gedir" cavabını verdi. Əgər mənim onlara qız vermək niyyətim olsaydı, onun polis qardaşına qız verərdim də. Ta həbsxanadan 2 ay 24 gündür çıxan qardaşına qız verməzdim ki. Qızımı versəydim o ailəyə... Tərlan ağıllı, tərbiyəli, yaraşıqlıdır. O ailədə bir dənə tərbiyəli odur. Elə ona gedərdi də o qız. Yoxsa iki dəfə "türmə"də yatmış şəxsə getməzdi ki. Hətta Emin qıza deyib ki, "Mən həbsdə olanda Tərlan səni istədiyinə görə qardaşımı öldürərəm də".
Xoşqədəm Aygünün anasının dedikləri qarşısında təəccübünü gizlədə bilməyib: "Bibisinin həyat yoldaşı Bəybala zəng edib deyir ki, "Hər şey yalandır". Məni də şantaj etdi hələ, məhkəməyə verəcəyi ilə hədə-qorxu gəldi. Dedim buyur get ver, azadsan. Deyim ki, Emin də studiyamıza gəlmək istəyir, bacısı da".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...