Avtoxuliqanlıq edən sürücü 23 YPX avtomobilinin köməkliyi ilə saxlanılıb
Bu gün səhər saatlarında Bakıda avtoxuliqanlıq edən sürücü saxlanılıb.
Mynews.az “Report”a istinadən xəbər verir ki, Yol Patrul Xidmətinin paytaxt ərazisində xidmət aparan əməkdaşları 90-UR-366 dövlət qeydiyyat nişanlı “Naz Lifan” markalı avtomobilin sürücüsü Ramin Ağayevə manevr qaydalarını pozması, ötmə əməliyyatını düzgün yerinə yetirməməsi, eləcə də, sürət həddini aşımasına görə “Saxla!” əmri verib.
Əmrə tabe olmayan sürücü təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzi küçələrində avtoxuliqanlıq edərək YPX əməkdaşlarından uzaqlaşmağa çalışıb. Lakin Nobel prospektinin NZS qəsəbəsinə düşən hissəsində hüquq-mühafizə orqanları əməkdaşlarının süni tıxac yaratması səbəbindən “Naz Lifan”ı saxlamaq mümkün olub. Sürücü avtomobildən düşüb qaçmaq istəyərkən o polislərin köməkliyi ilə tutulub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti alayı rəhbərliyinin iştirakı ilə 23 YPX avtomobili “Naz Lifan”ın saxlanılmasında iştirak edib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 987 dəfə oxunub
- Emin Ağalarov söz verdi 987 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 985 dəfə oxunub