Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Rəfiqəsinin atasına, ərinə göz qoyan "qız"dan bir lezbi daha dürüstdür"

Aytəkin Səmədova Xoshbextqadin.az üçün yazır:

Əslində, hardan ve necə başlayacağımı bilmirəm.Anamın dediyinə görə mənə aid olmayan söhbətlərə baş qoşuram... Amma mən özümü tanıyıram. Kimsə mənə desə ki, filankəs pis adamdır, onunla danışma, o adama qulaq asmıram. O, insanı tanıyıb özüm qərar verirəm. Hətta ailəmin fikri belə, münasibətimi dəyişə bilməz... Nə isə, keçim əsas söhbətə...

İyulun ortaları idi. İşdən yorğun gəlməyimə baxmayaraq, anam təkid etdi ki, onunla  marketə gedim. Lazım olan şeyləri alıb kassaya yaxınlaşdıq. Önümüzdə 2-3 nəfər daha vardı. Qarşıda "uzun qadın" dayanmışdı. Anam ona baxdı və "bax, səndə özünə uzun deyirsən. Bəyınmirsən, dərd edirsən boyunu. Səndən uzunlar var" -dedi.

Amma kənardakıların həmin şəxsə olan iyrənc, sırtıq baxışları boyuna görə ola bilməzdi. Hələ kassada olan, 1.48 boyunda "çəyirtkəyə" oxşayan qızl demirəm. O, qədər iyrənc və aşağılayıcı baxırdılar ki, hetta bu məni narahat etməyə başladı...

-Pulu çıx! -dedi

Növbədəkilərdən biri  dişlərini ağardaraq yanındakına "ihi-ihi, transa bax əəə" -dedi. 

Yayin ən cırhacır vaxtı olmasına baxmayaraq, qalin, qolu uzun köynək geymişdi. Dizlərindən  bir qarış yuxarı qırmızı, dəri ətəyi... Sarı taxma saçları qalin, kobud belindən sallanırdı. Üzünü görə bilmirdim. Əgər yanına gedib  üzünə baxsaydım, xətrinə dəyə bilərəm deyə düşündüm.

Özümü elə unutmuşdum ki, anamın digər kassaya keçdiyini görməmişəm. Məni çağırdı, "gedək" dedi.

"Uzun qadın" bizdən 1-2 addım irəlidə gedirdi. 

Anam, "Allah iraq eləsin"- dedi. İsteyirdim ki, anama cavab verim, amma  həmin şəxs ayağı sürüşdü, pilləkənlərdən yerə dəyəcəkdi, az qalsın. Yaxşı ki, tez özünü topladı və məhəccərdən yapışdı. "Ay Allah" dedim, kömək təklif edəcəkdim, amma özü qalxdı. Üzümə baxdı. Şişdirilmiş dodaqlar, tünd qaşlar, gözünə çəkdiyi qara karandaş göz ətrafına yayılmışdı. O qədər yorğun görünürdü ki... Qəribə hüzün vardı. O an içimdə mərhəmət mi desəm, ya bilmədiyim başqa hiss mi, baş qaldırmışdı, bərkdən qışqırıb ağlayacaq kimi.

Amma onun baxışları tam fərqli idi. Necə desəm? Kənardan baxan olsa, deyərdi ki, yəqin onu pilləkəndən mən yıxmışam.. Özünü toparladı və çıxıb getdi...

Özümü çox pis hiss edirdim. Onun dikdaban ayaqqabısının səsi,  kişilerin iyrənc gülüşü, mərhəmət hissi, çoxlu suallar...

Bir insan necə bu hala gələ bilərdi ki? Heç vaxt qınamaram kimsəni. Mütləq həyat onu vadar edib. Mən haqq qazandırmıram. Kaş ki, güclü olsa idi, həyatla mübarizə aparsa idi. Kim bilir, bəlkə, gözəl həyat yoldaşı, uşaqları olacaqdı. O, mənə görə böyük bir "heç" idi. Ya da məhv olmuş bir həyat...

Kim nə istəyir, düşünsün. Bir qızı yarı yolda qoyan, ailəsinə zülm verən "oglandan"sa, belə transa daha çox hörmət edirem. Ya da danışığını bilməyən, ədəbsiz kobud adamdansa, bir gey daha insandır. Ya da rəfiqəsinin atasına, ərinə göz qoyan "qız"dan bir lezbi daha dürüstdür. İnsanların nə düşündükləri vecimə də deyil. Mən öz vicdanımla hərəkət edirəm. Öz gördüklərimə, bildiklərimə inanıram. Mən insanları dinlərinə, irqlərinə, cinslərinə, milliyyətinə  görə ayırmıram. Mən Allahı və onun yaratdığı hər şeyi sevirəm. Çalışın insanlara insan kimi rəftar edin ki, Allah da sizin dualarınızı eşitsin. Qərar verərkən başqalarını deyil də, vicdanınızı dinləyin... Əgər vicdanın rahatdırsa, sən dünyanın ən xoşbəxt adamısan...

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...