Mikayıl Cabbarova yeni müavin
Mətin Eynullayev vergilər nazirinin müavini təyin edilib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev yanvarın 17-də müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, vəzifəsinin icrasına başlayan M. Eynullayev yanvarın 19-da Vergilər Nazirliyində 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak edib.
Xatırladaq ki, buna qədər M. Eynullayev təhsil nazirinin müavini vəzifəsini icra edib.
M.Eynullayev 1975-ci il 22 mart tarixində Bakı şəhərində anadan olub. O, 1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, 1997-ci ildə həmin universiteti hüquqşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
M.Eynullayev "Azleks" beynəlxalq hüquq firmasında müşavir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun baş məsləhətçisi, Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb.
2013-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini və Aparat rəhbəri vəzifələrində çalışıb.
Prezident İlham Əliyevin 2015-ci il 22 iyun tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. Dövlət qulluğunun kiçik müşaviridir.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 yanvar tarixli sərəncamı ilə Azərbaycan Respublikası təhsil nazirinin müavini vəzifəsinə təyin edilib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 997 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 974 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 963 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 962 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 959 dəfə oxunub