Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“20 yanvar” günü azərbaycanlı gənclərin bu paylaşımları trend oldu

Gənclər təşkilatının "20 Yanvar” faciəsinin ildönümü ilə əlaqədar internet aksiyası trend oldu.

Gənclər üçün Təhsil Mərkəzinin (GTM) baş katibi Gülnar Xəlilovanın azxeber.com-a verdiyi məlumata görə, internet aksiya əsasən "twitter”də keçirilmiş və yanvarın 18-dən 20-dək olan dövrü əhatə etmişdir. Bütün təbliğat işi #20januaryourproudday həştəqi ilə aparılmışdır. Aksiyanın məqsədi Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə, xüsusilə də, ali təhsil ocaqlarına və beynəlxalq təşkilatlara 20 Yanvar faciəsi ilə bağlı həqiqətləri çatdırmaq olmuşdur.

Mərkəzin Bakı və digər regional ofislərində təşkil olunan aksiyada hashtracking.com,trendmap.com sayğaclarının göstəricilərinə görə ümumilikdə 9400 "tweet” paylaşılmışdır. Bununla bərabər gənclər müəyyən edilmiş cədvələ uyğun, növbəli şəkildə 20 Yanvar faciəsinə həsr olunmuş məqalə, foto, bəyanat və digər materialları internet vasitəsilə dünyanın müxtəlif nöqtələrinə, ali təhsil ocaqlarına, beynəlxalq təşkilatların elektron ünvanlarına, populyar internet resurslarına, əcnəbi qəzet və jurnallara göndərmişlər.

Akiyada istifadə etmək üçün ingilis, rus, alman,fransız və türk dillərində materiallar hazırlanmış və təbliğat zamanı onlardan istifadə olunmuşdur.



Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...