Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda insanlığa sığmayan hadisə - VİDEO

Beşgünlük körpə valideynləri tərəfindən tərk edilib. O, səhhətində bəzi problemlər olduğu üçün xəstəxanaya gətirilib və artıq 4 aydır ki, ordadır.

Mynews.az bildirir ki, acınacaqlı hadisə Sumqayıtda yaşanıb. Körpə ötən ilin sentyabr ayında Sumqayıt şəhər uşaq xəstəxanasına nənəsi tərəfindən yoxlanma adı ilə gətirilib. Üzərindən 4 ay keçsə də, balaca qızın nənəsindən və valideynlərindən bir xəbər yoxdur.

Tibb müəssisəsindən bildirildi ki, körpənin valideynləri əslən Yardımlı rayonundan olan Namiq Əliyev və Gülmirə Əliyeva kimi qeyd olunub. Valideynlərin tapılması üçün artıq hadisə ilə bağlı aidiyyatı qurumlara müraciət olunub.

Həkimlər deyirlər ki, balacanın sağlamlığında olan problemlər aradan qaldırılıb. Hazırda körpə tam sağlamdır.

Uşağın yaxın vaxtlarda Səhiyyə Nazirliyinin qərarı ilə Bakı şəhərindəki körpələr evlərindən birinə köçürülməsi nəzərdə tutulub. /xezerxeber.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...