Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Arvadının oğlanla yazışdığını canlı yayımda öyrəndi - Məni biabır etməsinlər artıq

Biləsuvarda 17 yaşlı Aygünün bibisi oğlu tərəfindən qaçırılmasından sonra qızın valideynlərinin "Səni axtarıram" verilişində qızlarını geri qaytarmaq üçün kömək istəməkləri bir çox şok detalların ortaya çıxmasına gətirib çıxarıb.

Mynews.az Milli.Az-a istinadən xəbər verir ki, Xoşqədəmin aparıcısı olduğu verilişə hər şeyi etiraf edən 17 yaşlı Aygün heç də hər şeyin anasının dediyi kimi olmadığını bildirib. Aygün anasını baldızı oğlu ilə onun adından mesajlaşmaqda günahlandırıb. Onun valideynlərindən son xahişi "Məni heç yerdə biabır etməsinlər artıq, söhbəti bağlasınlar" olub.

Canlı yayım zamanı efirdə Aygünün etirafını eşidən atası, qızının anası ilə bağlı söylədiklərindən xəbərsiz olduğunu bildirib.

Qeyd edək ki, Aygünün atası anasından 2011-ci ildə ayrılıb. O, ikinci dəfə ailə qurub.

Aygünü qaçıran Eminin atası da studiyaya gəlib. Qarşı tərəfin ailəsi ilə bağlı səsləndirdiyi ittihamları qəbul etməyib. O, Aygünü qızı kimi çox istədiyini və "İstəsə oxudacam" deyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...