Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Teleqüllə aşa bilərmi? - AÇIQLAMA

Teleqüllənin sürüşməsi, yaxud aşması təhlükəsi yoxdur.

Mynews.az-ın məlumatına görə, bunu  ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, hazırda sürüşmə təhlükəsi olan ərazidə mayaklar quraşdırılıb, nəzarət həyata keçirilir.

Qeyd edək ki, “Teleqüllə” sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Sürüşmə sahəsində yeddi metr dərinliyində, bir metr enində çatlar yaranıb.

Xatırladaq ki, Bakı Televiziya Qülləsi 1996-cı ildə inşa olunub. Qüllənin hündürlüyü 310 metrdir. Bu, Azərbaycan ərazisində ən hündür tikili və dünyada hündürlüyünə görə 34-cü televiziya qülləsidir. Kompleks SSRİ Nazirlər Sovetinin qərarına və Azərbaycan SSR Rabitə Nazirliyinin sifarişi əsasında layihələndirilib. Tikinti işləri 1979-cu ildə başlayıb.

Layihə hesablamalarına görə, tikinti işləri 1985-ci ildə tamamlanmalı idi.

Lakin müəyyən səbəblər üzündən tikinti işləri dayandırılıb. Qüllənin tikintisi yenidən 1993-cü, yəni müstəqillik dövründə başlanıb və 1996-ci ildə kompleksin rəsmi açılışı mərasimi keçirilib. Teleqüllədə 2008-ci ildə yenidənqurma işləri aparılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...