Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Musa Quliyev qanun layihəsini tənqid etdi

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsin üzvü Musa Quliyev (Urud) yeni hazırlanan “Əlilliyi ilan şəxslər haqqında” qanun layihəsini sərt tənqid edib.

Mynews.az-ın xəbərinə görə, M. Quliyev adıçəkilən komitənin yanvarın 25-də keçirilən iclasında müzakirələr zamanı yeni qanun layihəsindən xəbərsiz olduğunu, ilkin tanışlıqdan sonra isə sənəddən narazı qaldığını deyib:

“Köhnə - mövcud qanun daha işlək, daha praktik və daha mütərəqqi idi. Belə bir qanun layihəsinə heç bir ehtiyac yoxdur. Bu sənəd qəbul olunarsa, çox ciddi problemlər yaranacaq. Əlillərin yeganə ümid yeri dövlətdir. Onların dövlətdən savayı ümid yeri hara ola bilər ki? Amma bu sənəd əlillərlə dövlət arasında sanki bir baryer yaradır. Maliyyə Nazirliyi deyir ki, bu sənəd maliyyə tutumludur, filandır... Maliyyə tutumlu məhz bu sənəd olmalıdır. Maliyyə buraya ayrılmayıb, haraya ayrılmalıdır?!”

O, əlillərin mənzillərlə təmin olunması məsələsinin qanun layihəsində konkret olmadığını deyib:

“Qanun layihəsində göstərilir ki, bu məsələ Mənzil Məcəlləsi ilə tənzimlənir və tənzimlənəcək. Amma axşam həmin Məcəlləyə baxdım, orada belə bir şey görmədim. Axı, bu, necə ola bilər?!”

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...