Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“MADO” nun yarısını ərəblər satın aldı

Qətərin “Al Sraiya və Venture Capital” şirkəti Lüksemburqdakı “Turkish Cafe Company S.A.R.L” vasitəsi ilə Türkiyənin ən böyük kafe şəbəkəsi “MADO” səhmlərinin 42 faizini satın alıb.

Mynews.az xarici mətbuata istinadən xəbər verir ki, ortaqlıqla bağlı bir müddətdir davam edən müzakirələr başa çatıb. 

Türkiyənin Rəqabət Təşkilatının açıqlamasına görə, “Yaşar Dondurma ve Gıda Maddeleri A.Ş.”nin sərmayəsini təmsil edən payların 42 faizi “Turkey Café Company S.A.R.L”. tərəfindən alınıb.

Satınalma prosesi ilə bağlı açıqlama verən “MADO”nun direktoru Gürol Çıragöz bildirib ki, dünyanın 20 ölkəsində 50 mağazaları fəaliyyət göstərir. Bunu daha da artırmaq və qlobal oyunçu olmağı hədəfləyirlər: 

“Bu ortaqlıq hədəflərimizi reallaşdırmağa dəstək verəcək”. 

Qeyd edək ki, səhmlərin satış dəyəri ilə bağlı rəqəmlər açıqlanmayıb. 

“MADO” Azərbaycanda da mağazalar şəbəkəsinə sahibdir. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...