Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakı metrosunda NÖVBƏTİ HADİSƏ - Relslərdəki gərginlik dayandırıldı

Metronun "İnşaatçılar" stansiyasında insident baş verib.

Mynews.az xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Publika.az-a verdiyi məlumata görə, bu gün saat 18:50 radələrində bir nəfər sərnişin platformadan özünü qatar yoluna ataraq relslərin üzəri ilə metronun "Elmlər Akademiyası" istiqamətinə qaçmağa başlayıb.

N.Paşayevin sözlərinə görə, dərhal stansiya işçiləri relslərdəki gərginliyi dayandırıb və polis əməkdaşları ilə birlikdə həmin şəxsin axtarışlarına başlayıb:

"Həmin şəxs saxlanılıb. Məlum olub ki, həmin şəxs 1992-ci il təvəllüdlü Ələsgərov Tamerlan Rövşən oğludur. O hüquq-mühafizə orqanlarına təhvil verilib. Hadisə nəticəsində qatarların hərəkətində 10 dəqiqə gecikmə olub və artıq gecikmə aradan qaldırılıb".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...