Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ATV telekanalından şəhid anasına jest - VİDEO

ATV telekanalında yayımlanan "Komando" verilişi şəhid Şulan Bayramovun ailəsinə sürpriz edib.
 
Mynews.az-ın Baku.ws-ə istinadən məlumatına görə, şəhidin hazırda hərbi xidmətdə olan qardaşı Tural Bayramov telekanalın təşkilatçılığı ilə evinə qonaq gətirilib. Oğlunu görən şəhid anası Türkanə Bayramova göz yaşlarına hakim ola bilməyib.  Ananın:"elə bildim Şulanı gətirmisiz",-deməsi kadrları izləyən hər kəsin ürəyini dağlayır. Etdikləri gözəl jestə görə ana veriliş komandasına öz minnətdarlığını bildirib.
 
Xatrıladaq ki, Şulan Bayramov ötən ilin aprelində baş verən döyüşlərdə qəhrəmancasına şəhid olub. O doğulub boya-başa çatdığı Sumqayıt şəhərində dəfn edilib.
  
Qeyd edək ki, Şulan Bayramov 1996-cı ildə doğulub. 2013-cü ildə Sumqayıt şəhərində yerləşən 33 saylı orta ümumtəhsil məktəbini bitirib. Silahlı Qüvvələrimizdə hərbi xidmətini başa vuran gəncin ordudan tərxis olunmasına bir neçə gün qalmışdı.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...