Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Türkiyədə gənclər Mübariz İbrahimovdən belə örnək götürdü - VİDEO

"Mübariz İbrahimov nəinki bizə, bütün türk dünyasına örnək olduğu üçün qürur duydum. İş yerimə yaxın bir restoran var. Orada 17-18 yaşlı bir ofisiant işləyir. Dünən gördüm ki, bir gənc oğlanla söhbət edir. Yaxınlaşanda eşitdim ki, Mübariz İbrahimovdan danışır. Mənə dedi ki, mən polis olacağam, amma Mübariz İbrahimov kimi mən də PKK-nın içinə girib onları məhv edəcəyəm".

Bütün türk dünyasının qəhrəmanı Mübariz İbrahimov haqqında bu təsirli sözləri qardaş ölkə vətəndaşlarından biri yazıb.

O, bu sözləri ilə deməyə çalışıb ki, Mübariz ətrafda "qəhrəmanam" deyib gəzənlər kimi yox, həqiqi əfsanə idi. Elə bir çox türk serial və filmlərində deyildiyi kimi…

Diqqət etmisinizmi, Türkiyədə Mübarizin adı keçməyən tək bir ekran əsəri belə yoxdur. Demək olar ki, bütün müharibə filmlərində və seriallarında türk dünyasının mübariz oğlu Mübariz İbrahimovdan danışılır. Sanki Türkiyə bununla düşməni lərzəyə salmaq istəyir. Qardaş ölkə terrorçularla çarpışdığı bir vaxtda qəhrəmanları ilə düşmənin gözünü qorxudur.

Ortaya isə qürurla izləyəcəyimiz bu görüntülər çıxır:

 a24.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...