Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Təzə evin mübarək..." - Faciəvi şəkildə ölən Ülviyyənin məzarında çəkilən foto ÜRƏK PARÇALADI

Xəbər verdiyimiz kimi, Rusiyanın Həştərxan vilayətində avtomobilin vuraraq öldürdüyü azərbaycanlı jurnalist Ülviyyə Şamilqızı (Məmmədova) dəfn olunub.

BiG.AZ xəbər verir ki, mərhumun cənazəsi Gəncə şəhərindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Apreldə toyuna hazırlaşdığı halda qisməti ağ kəfən olan Ülviyyənin məzarı başında çəkilən foto görənlərin ürəyini parçalayıb. Həmkarları mərhum jurnalistin fotosunu paylaşaraq bu sözləri yazıb:

"Təzə evin mübarək olsun, can parçam. Təzə evinə də gəldim, üstümə qaçıb məni qucaqlamadığın üçün incimirəm bu dəfə, yəqin ana-atandan doymağa çalışırsan, neçə illərin həsrəti var axı... 
Səni heç yerdə qoyub getmirdim, bu dəfə alınmadı, bağışla... Cənnətə gedən yolun açıq olsun, dərdləri burda qoy get, bu dünyaya niyə gəldiyini hələ də anlaya bilmirəm onsuz da sənin bu dünyada yerin yox imiş, cənnət mələyim. Sən bizim əmanətimiz idin, sahibinə qaytardıq. Səni çox sevirəm, heç nə dəyişməyəcək, həmişə, can parçam olacaqsan, səni üzümdə o sevdiyin təbəssümümlə xatırlamağa çalışacam, söz verirəm, düzdü hələ alınmır... 
Nə yaxşı həyat yollarımız kəsişdi, nə yaxşı səni tanıdım, məndə o qədər gözəl qalmısan ki, can parçam. ƏLVİDA".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...