Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sumqayıtlılar gəmi ilə nə vaxt səyahət edə biləcəklər? - RƏSMİ AÇIQLAMA

Sumqayıtlıların səbirsizliklə gözlədikləri gəmi səyahətinə az bir müddət qalıb.   Bu barədə Xeberle.com-a açıqlamasında Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev bildirib. Onun sözlərinə görə, artıq gəmi səyahətləri üçün lazım olan bütün işlər görülüb  və 700 metr uzunluğunda tərsanə  inşa olunub. Gəmi səyahətlərinin başlanılması məsələsinə gəldikdə isə, İcra Hakimiyyətinin sözçüsü səyahətlərin təşkilinə bu ilin yay mövsümündə start verilməsinin planlaşdırıldığını bildirdi.

Qeyd edək ki, gəmi səyahətlərin təşkili əvvəlcə ötən ilin avqust ayında, daha sonra isə ilin sonlarında təşkil olunması nəzərdə tutulsa da, bu baş tutmamışdı.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...