Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Lerikə 50 sm-ə qədər qar yağıb

Cənub bölgəsində qeyri-sabit hava şəraiti davam edir. Fasiləsiz olaraq yağan yağışdan sonra cənub bölgəsinin bəzi yerlərində qar yağıb.

APA-nın cənub bürosunun məlumatına görə, Masallı, Lənkəran, Astara da yağışlı hava hökm sürsə də artıq Yardımlı və Lerik rayonlarına qar yağıb. Lerik rayonun mərkəzində qarın qalınlığı 26 sm-ə, dağlıq ərazilərdə isə 40-50 sm-ə çatır. Dağ yollarında avtomobillərin hərəkətində çətinliklər yaranıb.

Hazırda Lənkəran-Lerik yolunda avtomobillərin hərəkətində heç bir çətinlik yaşanmır.

Yardımlı rayonunun da ucqar dağlıq ərazilərində qarlı hava şəraiti davam edir. Burada 20 sm-ə yaxın qar yağıb.

Ümumilikdə isə bölgədə havanın temperaturu mənfi 3 dərəcəyə düşüb. Dağlıq ərazilərdə bəzi yerlərdə 5, bəzi yerlər də isə 6-7 dərəcə şaxta var.

Hazırda saniyədə 10-15 metr sürətlə Şimal-Qərb küləyi əsir. Qeyri-sabit hava şəraitinin yanvar ayının 28-ə kimi davam edəcəyi proqnozlaşdırılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...