Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qarlı hava şəraiti bölgələrdə çətinliklər yaradıb - VİDEO

Lerik rayonuna 50 sm qalınlığında qar yağıb.

Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, ötən gün axşam saatlarından başlayaraq Lerik və Yardımlıda hava şəraiti kəskin pisləşib. Yağıntının miqdarı Lerik rayonunda daha çox olub.

Lerikin ucqar kəndləri olan Orand, Nuravud, Pirəsora və Sorçayda qarın qalınlığı 40-50 sm-ə çatıb. Yardımlı rayonuna yağan qarın qalınlığı isə 20 sm, ucqar kəndlərdə 25-30 sm olub.

Qar səbəbindən bölgənin bəzi yollarında hərəkət çətinləşib. Bu yolların qardan təmizlənməsi və sürücülərin rahat hərəkət etmələri üçün ağır texnika və canlı qüvvə səfərbər olunub. Ümumilikdə isə bölgədə havanın temperaturu mənfi 3 dərəcəyə düşüb.

Yağan qar Muğanlı-Ismayıllı dolaylarında da bir sıra çətinliklərə yol açıb. Yolun dağlıq ərazilərindən keçən hissəsində yollar buz bağlayıb.

İsmayıllı rayon 9 saylı yol istismar idarəsi tərəfindən avtomobillərin intensiv hərəkətini təmin etmək məqsədilə ağır texnika və işçi qüvvəsi dolaylara cəlb olunub.

Yolun hərəkət hissəsi qardan təmizlənib, əraziyə qum və duz səpilib.

Hazırda yolların təmizlənməsi istiqamətində işlər davam edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...