Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda magistral yolun kənarında yanmış meyit tapıldı

Şabran rayonu ərazisində yanmış kişi meyiti  tapılıb. 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, cəsəd Bakı-Quba yolunun kənarında aşkar edilib.

40-50 yaşlarında olan şəxsin kimliyini müəyyənləşdirmək olmayıb. Bu şəxsi tanıyanlardan xahiş olunur ki, Daxili İşlər Nazirliyinin 102 xidmətinə və yaxud Şabran rayon Polis Şöbəsinə  (02335) 3-23-05 nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...