Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

DİN əməliyyat keçirdi: 55 nəfər saxlanıldı

Ötən istirahət günlərində respublikanın daxili işlər orqanları tərəfindən 164 cinayət faktı qeydə alınıb, onların da 36-sı "isti izlər”lə açılıb.

Mynews.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə DİN Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, 27-29 yanvar tarixlərində axtarışda olduğuna görə 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Eyni zamanda daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...