Biznes sektorunda yoxlamalar tamamilə dayandırıldı
Vergilər Nazirliyi biznes sektorunda yoxlamaları tamamilə dayandırıb.
Mynews.az xəbər verir ki, bu barədə Trend-ə hökumətdəki mənbədən məlumat verilib.
Məlumatda qeyd olunur ki, yoxlamaların dayandırılması nazirlikdəki rəhbər dəyişikliyindən sonra aparılan struktur və kadr islahatları ilə bağlıdır. Kadr dəyişikliyi vergi yoxlamalarını aparan şəxslərə də təsir edib. Hazırda vergi yoxlamalarına kurasiya nazirin müavini İlkin Vəliyevə keçib. Bununla belə, kurator olmasına baxmayaraq, heç bir yoxlama aparılmır.
Qeyd edək ki, ötən ilin dekabrında Mikayıl Cabbarov vergilər naziri təyin edilib.
Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamalar 1 yanvar 2021-ci il tarixinədək dayandırılıb, amma bu, illik dövriyyəsi 120 min manatdan çox olan şirkətlərə şamil olunmur.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 991 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 955 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 945 dəfə oxunub