Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Qanuni oğrular"ın yer aldığı cinayətkar qruplaşmanın üzvləri SAXLANILDI

Gürcüstanda həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində "qanuni oğrular”ın yer aldığı cinayətkar qruplaşmanın üzvləri saxlanılıb.

Mynews.az apa-ya istinadən xəbər verir ki, Gürcüstan daxili işlər nazirinin müavini Natia Mezvrişvili keçirdiyi brifinqdə deyib ki, qruplaşma üzvləri "oğru dünyası” ilə əlaqədə şübhəli bilinirlər.

O bildirib ki, saxlanılan "Çiki”, "Buba” və "Amberquna” ləqəbli kriminal avtoritetlər və daha üç nəfər Türkiyədə olan gürcü "qanuni oğrular”la sövdələşərək, bəzi vətəndaşların pullarını mənimsəyiblər. Həmin şəxslər həmçinin hədə-qorxu və fiziki təzyiq göstərməklə, tanışlarından pul və narkotik vasitələr tələb ediblər.

Həmin şəxslərin evlərində aparılmış axtarış zamanı silah-sursat, onların "oğru dünyası”na aid olduqlarını sübut edən mobil telefonlar və digər məlumat mübadilə vasitələri müsadirə olunub. Cinayətkar qruplaşma üzvlərini 5 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...