Sosial şəbəkələrdə terrorçularla şəkli yayılan qadın kimdir? - FOTOLAR
2 gündür sosial şəbəkələrdə fotosu yayılıb müzakirə edilən qadının adı Helly Luvdur.
Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Amerikanın PKK/YPG üçün təyin etdiyi "motivasiya vasitəsi"dir.
Helly Luv Cənubi Azərbaycanda, Urmiyada doğulub. Modelliklə məşğuldur. Gah Məsud Barzaniyə tərəfkeşlik edir, gah da Amerikaya...
Körfəz müharibəsi zamanı uşaqkən ailəsi ilə birlikdə Türkiyəyə sığınan Helly Luv hazırda Türkiyəni özünə düşmən kimi görür.
Sosial şəbəkə hesablarında terror təşkilatlarının təbliğatını aparan Helly Luvun Amerika bayrağı ilə də şəkilləri var. O, Kann film festivalında da "kürd sənətçi" kimi iştirak edib.
1988-ci ilin noyabr ayının 16-da İranda dünyaya gələn Helly Luv hazırda Los Ancelesdə yaşayır. O, YPG terrorçularının "qəhrəmanı"dır.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 571 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 560 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 556 dəfə oxunub