"Azərbaycanlı Frenk Elkapone" Bakıda mənzillər hədiyyə etdi
Azərbaycanlı milyonçu, "İnter Server" şirkətlər qrupunun prezidenti Füzuli Məmmədov (Frenk Elkapone) şəhid ailələrinə və qazilərə növbəti dəfə mənzil hədiyyə edib.
Mynews.az xəbər verir ki, bu barədə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu facebook səhifəsində məlumat yerləşdirib.
“Bu mütəvazi, lakin mahiyyətcə böyük tədbirdə iştirak etmək çox gözəldi. Füzuli Məmmədovun şəhid Aqşin Abdullayevin oğluna göstərdiyi xüsusi diqqət də nəzərimdən qaçmadı. Kaş bütün iş adamları Qarabağ şəhidlərinə və qazilərimizə diqqətli olsunlar!”, - deyə Rauf Arifoğlu qeyd edib.
Xatırladaq ki, bir müddət Azərbaycanda yaşayan və siyasi fəaliyyətlə məşğul olmağa cəhd göstərən F.Məmmədov 1990-cı illərin sonunda siyasətdən tam çəkilib və Rusiyadakı biznesini inkişaf etdirib. Adı tez-tez kriminal olaylarda hallanan (məşhur mafioz Frenk Elkaponeyə sevgisinə görə bu adı özünə təxəllüs götürüb) F.Məmmədov Rusiyada hətta narkotik ittihamı ilə də saxlanılıb. F.Elkaponenin birinci həyat yoldaşı italyan əsillidir, "Elkapone" xanımının soyadı olub.
Cəmiyyət
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq?
- Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək...
- Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM
- Aytən Səfərova ağır qəzaya düşdü
- Azərbaycanda Ramazan bayramı qeyd olunur
- Xocalıda kütləvi məzarlıqda tapılan ər-arvadın qalıqları dəfn edilir - FOTOLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM 1157 dəfə oxunub
- Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək... 1063 dəfə oxunub
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq? 995 dəfə oxunub