Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Həkim 28 Maydakı partlayışda yaralanan şəxsə 15 gün vaxt qoydu

Ötən həftə Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən hündür mərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində yaralanan Zahid Mahmudovun vəziyyəti ağır olaraq qalır.

Mynews.az xəbər verir ki, bu barədə azvision.az-a Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov məlumat verib. Onun sözlərinə görə, xəstə hazırda reanimasiyadadır.

“Vəziyyəti ağırdır. Onun yaşayıb-yaşamayacağı barədə danışmaq tezdir. Onun bu vəziyyətdən çıxması üçün 15 gün vaxt lazımdır”.

Qeyd edək ki, yanvarın 27-də Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının (birinci-üçüncü mərtəbələri qeyri yaşayışdır) zirzəmisində yanğınla nəticələnən partlayış baş verib. Hadisə zamanı mağazada satıcı işləyən 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...