Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Şaxtalı günlərdə elektrik enerjisinin verilişdə kəsilmə olmayacaq”

“Qış mövsümünə yüksək səviyyədə hazırlaşmışıq. Ona görə də “Azərişıq” ASC yarana biləcək hər hansı problemin operativ həlli üçün lazımı tədbirlər görəcək”.

Bu fikirləri “Ölkə.Az”-a açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib. 

T.Mustafayev “Azərişıq” ASC-nin qış mövsümünə tam hazır olduğunu söyləyib:

“Hansı mövsümün olmasından asılı olmayaraq qurumumuz hər zaman yarana biləcək problemin qarşısını almağa çalışıb. Qış mövsümü ilə bağlı yüksək səviyyədə hazırlığımız var. Ola bilər ki, təbiətin şıltaqlığı ilə bağlı bizdən asılı olmayan səbəbdən hər hansı bir problem yaranar, lakin bununla da bağlı operativ tədbirlərimiz var. Əgər abonentlər hər hansı bir problemlə qarşılaşarsa, “199” çağrı mərkəzimizlə əlaqə saxlaya bilərlər”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...