Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əflatun Amaşov saytlara maliyyə ayrılması ilə bağlı bəzi məqamlara aydınlıq gətirdi

Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov onlayn media vasitələrinə maliyyə yardımı ayrılması ilə bağlı bəzi məqamları Sonxeber.az-a açıqlayıb.

Əflatun Amaşov bildirib ki, maliyyə ayrılarkən elektron media resurslarına xarici media vasitələrinin istinad etməsi nəzərə alınacaq:

"İndiki şəraitdə onlayn media reklam bazarını düzgün formalaşdırmadığına görə, iqtisadi baxımdan çətinlik çəkir. Nəticə etibarilə də ictimai fikrin düzgün formalaşmasında müəyyən problemlər yaranır. Onlayn media elə bir sahədir ki, istənilən şəxs sayt yaradıb onu aktiv redaksiya heyətinə çevirə bilər. Bu baxımdan elektron mediaya maraq daha çoxdur. Cəmiyyətin iş adamları, iqtisadi mərkəzlər bu sahəyə maraq göstərir. Eyni zamanda Azərbaycana marağı olan beynəlxalq təşkilatlar, ayrı-ayrı güc mərkəzləri elektron medianın onlara yaxın olmasını istəyir. Onlar bu yaxınlıq üçün reklam şəklində onlayn iqtisadi əlaqələrə girirlər. Belə olan halda elektron medianın gerçəkliyi obyektiv işıqlandırmasında müəyyən problemlər yaranır. Bütün bunları aradan qaldırmaq üçün elektron mediaya dövlət yardımı olmalıdır", deyən MŞ sədri sözünə belə davam edib:

"Bu yardımın ayrılması dəqiqləşdirildikdən sonra kriteriayalar açıqlanacaq. Hansı elektron media vasitəsinin daha məşhur olması, hansı onlayn media resursuna girişin, Azərbaycandan kənarda ölkə imicinin necə formalaşdırılması ümumiləşdirilərək qoyulan tələblərdə qeyd ediləcək".

MŞ sədri onu da xüsusilə vurğulayıb ki, maliyyə ayrılarkən elektron media resurslarına xarici media vasitələrinin istinad etməsi də nəzərə alınacaq: "Eyni zamanda ictimai fikrə həqiqətən təsir göstərən onlayn media resursları maliyyə yardımı gündəmə gəldikdə bundan bəhrələnə biləcəklər. Lakin, bu məsələ hələlik müzakirə ərəfəsindədir"., deyə o bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...