Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Qadın yalvarırdı ki, pulum yoxdur, uşağımı qəbul edin, ondan da pul istəyirdilər” - BAKIDA XƏSTƏXANADA OLAY

“Bir ayda dəm qazından zəhərlənənlərin sayı 14 nəfər olub. Müraciətlərin sayı isə 25-ə yaxındır”. 

Bu sözləri Cebhe.info-ya açıqlamasında Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. O, həmçinin Facebook sosial şəbəkəsi üzərindən yayılan bir məsələyə də aydınlıq gətirib. Belə ki, Facebook istifadəçilərindən biri sosial şəbəkədə status paylaşaraq, ötən gün anasının dəm qazından zəhərləndiyini, bu səbəbdən 1 saylı Kliniki Tibbi Mərkəzə müraciət etdiklərini bildirib. Şikayətçinin sözlərinə görə, xəstəyə baxmaq üçün onlardan kifayət qədər pul alıblar: 

“Xəstəxanaya giriş 10 manat, xəstə qəbulu 10 manat, zəhərlənmiş xəstəyə baxan həkimə 50 manat, tibb bacıları 5 manat, mühafizəyə 5 manat pul vermişik. Hətta, xəstəni daşıyan, istəyəndə su verən xidmətçiyə də pul vermişik. Pul verməyən xəstəyə su belə vermirlər. Xəstəxanada bir qadın yalvarır ki, pulum yoxdu uşağımı qəbul edin, ondan da pul istəyirdilər, axır müdaxilə etdim, səs küy saldım... Səhər tezdən ərizə yazıb anamı xəstəxanadan çıxarmışam. Bizə buraxılış vəsiqəsini belə verməyiblər”.

Maraqlıdır, hansı halda xəstədən pul alınmalıdır?

A.Maqsudovun sözlərinə görə, yalnız klinikanın polikinikasında pullu xidmət ola bilər: 

“Respublika Klinik Xəstəxanasının polikinikasında pullu xidmət var. Belə ola bilər. Dəm qazından zəhərlənənləri ora gətirmirlər... Ola bilər ora yaxın olub deyə, polikinikaya gətiriblər. Xəstənin ağırlığını nəzərə alaraq, onu daha yaxın xəstəxanaya çatdırırlar. Dövlət xəstəxanasında pul tələb olunmamalıdır”.

Facebook üzərindən paylaşılan bu statusa aydınlıq gətirmək, xəstənin polikinika, yaxud da xəstəxanaya aparıldığını dəqiqləşdirmək üçün şikayətçinin özü ilə yenidən əlaqə saxlamağa çalışacağıq. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...