“Bakubus”da gərgin anlar - Sürücü sərnişinləri şoka saldı
Bu gün saat 19:00 radələrində 175 saylı avtobusda gərgin anlar yaşanıb.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, 99-JH-110 dövlət nömrə nişanlı “Bakubus”un sürücüsü Novruz Novruzov içi sərnişinlə dolu olan avtobusu Səməd Vurğun parkının qarşısında saxlayaraq, nəqliyyat vasitəsini tərk edib.
Bu zaman sərnişinlər bir müddət qapıları bağlı avtobusun içində qalıblar. Sürücü əməkdaşımızla söhbətində sərnişinlərdən birinin onu təhqir etdiyini bildirib. Çıxılmaz vəziyyətdə qalan sərnişinlər sonda avtobusun orta qapısını əllə açmaq məcburiyyətində qalıblar.
Hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşlar çağrılıb.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 976 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 943 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 933 dəfə oxunub
loading...