Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qarabağ qazisinin Afrinlə bağlı videosu müzakirə yaradıb - VİDEO

Qarabağ qazisi Kamil Musəvi Afrin əməliyyatlarında PKK terrorçularına qarşı döyüş aparan türkiyəli əsgərlərə dəstək olmaq məqsədilə video hazırlayıb.

Mynews.az xəbər verir ki, onun bu müraciəti Türkiyə mediasında və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 

Qarabağ qazisi müraciətində canının qalan hissəsini Türkiyə uğrunda fəda etməyə hazır olduğunu bildirib: 

“Mən bir Azərbaycan qazisi, türk oğlu olaraq qardaşlarıma səslənirəm. Ayağımı və gözümü doğma torpaqlarımız, Qarabağımız uğrunda fəda etdiyim kimi, canımın qalan hissəsini də ikinci dövlətim olan Türkiyə uğrunda fəda etməyə hazıram. Onlar Afrində haqq döyüşü aparır, haqq uğrunda savaşırlar. İnsanları kütləvi şəkildə məhv edən terrorçuların kökünü kəsir. Allah sizi qorusun, güc, qüvvət versin”.

Qeyd edək ki, Kamil Musəvi 2015-ci ilin oktyabrında Talış kəndi istiqamətində gedən döyüşlərdə vəzifəsini yerinə yetirərkən bir gözünü və bir ayağını itirib. O, kəşfiyyatçı və baş leytenantdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...