Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu əczaçıların fəaliyyətinə son veriləcək - RƏSMİ

Səhiyyə Nazirliyinin Kollegiyasının qərarı ilə Azərbaycanda fasiləsiz olaraq, ixtisasları üzrə 5 ildən çox işləməyən əczaçıların əczaçılıq üzrə topdan satış müəssisələrində işləməsinə icazə verilməyəcək. Hazırda rəsmi şəkildə təsdiqlənmiş topdan satış müəssisələrinin şəxsi heyətində qoyulan tələblərə cavab verməyən işçilər var. Bəs görəsən sözügedən qanunun tətbiqində bu nüanslar nəzərə alınacaqmı? Hazırda çalışan və 5 ildən az satjı olan əczaçılar bu təlimlərə qatıla bilərlərmi?

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Esmira Əkbərovanın Publika.az-a verdiyi məlumata görə, bundan sonra əczaçılıq ixtisası üzrə təhsil almayan şəxslər bu sahədə çalışa bilməyəcək:

““Dərman Vasitələri Haqqında" Qanununa əsasən, Azərbaycan Respublikasında əczaçılıq fəaliyyəti ilə yalnız əczaçılıq ixtisası üzrə ali və ya orta ixtisas təhsili almış fiziki şəxslər və mülkiyyət formasından asılı olmayaraq, hüquqi şəxslər məşğul ola bilər. Əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslər (işçilər) “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna uyğun olaraq, tədrisə və sertifikasiyaya cəlb ediləcəklər. Qanunvericiliyin tələblərinə uyğun olaraq, sertifikasiya mərhələsindən keçməyən işçilərin (əczaçıların) praktik əczaçılıq fəaliyyəti ilə məşğul olunmasına yol verilməyəcək”.

E.Əkbərova onu da əlavə etdi ki, fasiləsiz olaraq ixtisasları üzrə 5 ildən çox işləməmiş əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik əczaçılıq fəaliyyəti ilə məşğul ola biləcəklər.

Mütəxəssis onu da qeyd etdi ki, sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər.

Sertifikasiyadan təkrar keçmədikləri təqdirdə isə işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən tənzimlənir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...