Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İtkin düşən alpinistlərdən nə xəbər?

"Gilavar" hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun tapılması məqsədilə dekabrın 27-də başlanan axtarış işləri davam edir".

Mynews.az xəbər verir ki, bu barədə "Bizimyol.info"ya axtarış prosesində könüllü iştirak etmiş alpinist Emil Vəliyev bildirib.

Onun sözlərinə görə, o, axtarış prosesinə könüllü olaraq qoşulub: "İlk günlərdə axtarış prosesində iştirak edən alpinistlərin sayı çox idi. Təxmini 50 nəfər olardı. Son günlər bu say azalıb".

E.Vəliyev deyib ki, axtarış prosesində iştirak edən həmkarları ilə mütəmadi əlaqə saxlamağa çalışır: "Fövqaladə Hallar Nazirliyinin təyin etdiyi proqram ilə alpinistlər növbəli şəkildə axtarış prosesində iştirak edirlər. Hava şəraitindən asılı olaraq alpinistlər yola salınır və ya geri çağırılır".

Emil Vəliyev bildirib ki, axtarış prosesində iştirak edən alpinistlərin hər hansı bir xəsarət almayıb: "Axtarışlar Mahmuddərə adlanan ərazidə davam etdirilir. Xarici mütəxəssislər əməliyyat prosesində iştirak ediblər".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...