Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məşhur idmançı müğənni xanımı ilə həlak oldular - VİDEO

ABŞ-da tanınmış basketbolçu Rasul Batler yol qəzasında ölüb.

Mynews.az APA-ya istinadən xəbər verir ki, bu barədə CBS  xəbər verib.

Hadisə Kaliforniya ştatında qeydə alınıb. Qəza nəticəsində idmançının həyat yoldaşı, müğənni Lia Label də həyatını itirib.

Məlumata görə "Range Rover" markalı avtomobil idarəetmədən çıxaraq divara çırpılaraq aşıb.

Qəzaya yüksək sürət səbəb olub. Hadisənin səbəbləri araşdırılır.

38 yaşlı Rasul Batler Milli Basketbol Assosiasiyasında (NBA) 809 oyun keçirib. Müxtəlif illərdə "Mayami Xit", "Los Anceles Klippers", "Çikaqo Buls" kimi klubların şərəfini qoruyan R.Batler karyerasını 2016-cı ildə "San Antonio Spörs" klubunda başa vurub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...