Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda sürücü yol polisinin üstünə silah çəkib - YENİLƏNİB

Bakıda yol polisinin üstünə silah çəkən sürücü həbs olunub.

Bunu Mynews.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, sürücü avtomobili ilə aşkarlanıb:

“Şübhəliyə Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Hadisə ilə əlaqədar Nərimanov Rayon Polis Şöbəsində istintaq aparılır”.

11:23

Bakıda yol polisinə tabe olmayan sürücü silaha əl atıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, paytaxtın Nərimanov rayonu ərazisində yol hərəkəti qaydalarını pozduğuna görə “Volkswagen” markalı, “90 UU 793” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1983-cü il təvəllüdlü Təyyar Əliyevin maşını saxlanılıb.

T.Əliyev yol polisi serjantı Orxan Həsənova tabe olmayaraq, avtomobilində olan pnevmatik tapança ilə ona hədə qorxu-gəlib və buraxılmasını tələb edib.

Polis serjantı kömək üçün hadisə yerinə digər polis əməkdaşlarını çağırıb. Bunu görən T.Əliyev avtomobilində olan qadın sərnişinlə birlikdə insident baş verən yerdən qaçıb.

Faktla bağlı cinayət işi başlanılıb, sürücünün axtarışları davam etdirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...