Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı milyarder keçmiş arvadına 645 milyon dollar ödəyəcək - QƏRAR

Britaniya məhkəməsi Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun boşanma prosesi çərçivəsində keçmiş həyat yoldaşı Tatyana Əhmədovaya 453 milyon funt-sterlinq (645,5 mln. dollar) ödəməli olduğu barədə qərar çıxarıb.

Mynews.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə nüfuzlu “The Times” nəşri yazıb.

London Ali Məhkəməsinin 2016-cı ildə çıxarılmış qərarına görə, Əhmədov öz sərvətinin 41,5%-ni keçmiş arvadına ödəməlidir.

Onun vəkilləri bu qərarı Arbitraj Məhkəməsində müzakirə edirlər.

“The Times” qeyd edir ki, 62 yaşlı Fərhad Əhmədov, onun həyat yoldaşı və iki oğlu 1993-cü ildə Londona köçüblər. Onlar 39 milyon funt-sterlinq (55,6 mln. dollar) dəyərində villada yaşayıblar və 27,8 milyon funt-sterlinq (39,6 mln. dollar) dəyərində bağ evləri olub. Əhmədovlar 2003-cü ildə boşanıblar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...