Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Görüşdüyü evli qadının qızı ilə də cinsi əlaqədə oldu - Doğulan uşağı öldürtdü

Türkiyənin Bursa şəhərinin Gemlik qəsəbəsində qeyri-rəsmi nikahdan dünyaya gələn uşağın boğularaq öldürülməsinin dəhşətli təfərrüatları ortaya çıxıb.

Mynews.az Milli.Az-a istinadən xəbər verir ki, qızının cinsi əlaqə sonrası dünyaya gətirdiyi uşağı boğaraq öldürdüyü iddiasıyla həbs olunan N.G., uşağın atası olduğu iddia edilən polis məmuru M.Ç. ilə uşağın anası F.D.-ya qarşı Bursa 3-üncü Ağır Cəza Məhkəməsində tələb edilən ömürlük həbs iddiası ilə proses davam edib.

F.D.-nin atası S.G.-ya verilən 5 il həbs cəzasına isə xitam verilib. 5-inci dəfə hakim önünə çıxarılan polis məmuru M.Ç. iddiaları qəbul etməyib.

Həm qızı, həm də anası ilə intim əlaqədə oldu

F.D. 2013-cü ildə özəl bir xəstxanada bir oğlan uşağı dünyaya gətirib. Həmin ilin iyun ayında ailəyə zəng edib, peyvənd vurulması üçün uşağın xəstəxanaya gətirilməsini istəyən səlahiyyətlilər qızın ifadələrindən şübhələnərək polisə məlumat veriblər. Polis 21 yaşlı F.D. ilə 40 yaşlı anası N.G. və 45 yaşlı atası S.G.-ni saxlayıblar. N.G. qızının dünyaya gətirdiyi uşağın atasının, özü ilə də cinsi əlaqədə olan Bursa Polis İdarəsinin vəzifəli polisi 38 yaşlı M.Ç. olduğunu iddia edib.

Silahla təhdid edib, boğdurtdu

N.G. doğuşdan sonra körpəsi ilə görüşdüyü M.Ç.-nin silahla onu təhdid edib, uşağı boğdurduğunu, ardınca cəsədini evlərinin bağçasında basdırdıqlarını, qızını bir müddət sonra başqasıyla evləndirdiyini söyləyib. Bu ifadədən sonra polis məmuru ilə yanaşı 3 nəfər də saxlanılıb. Bursa 3-üncü Ağır Cəza Məhkəməsində proses zamanı N.G.-dan başqa digər 3 şübhəli sərbəst buraxılıb. Aparılan DNT testində uşağın anasının F.D. atasının isə M.Ç. olduğu ortaya çıxıb. Məhkəmədə F.D., M.Ç. və N.G.-ya qarşı "Qəsdən adam öldürmək" iddiası ilə ömürlük həbs, S.G.-ya isə "cinayəti gizlətməyə təşəbbüs" əməlinə görə 5 il hökm oxunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...