Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Elçin Əlibəyli televiziya verilişlərinin keyfiyyətinin aşağı olmasının SƏBƏBİNİ AÇDI

Teletənqidçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli televiziyalarda verilişlərin keyfiyyətinin aşağı olmasını maliyyə problemləri ilə əlaqələndirib.

Publika.az xəbər verir ki, “El bizim, sirr bizim” verilişinin aparıcısı bu barədə fikirlərini sosial şəbəkədə paylaşıb:

“Televiziyalarımız pisdir hökmünü addımbaşı eşidirk. Sosial şəbəkələrdə çox ağır tənqidlər olur, mətbuat bundan yazır. Amma əsas səbəb göstərilmir və onun həlli yolu müzakirə edilmir. Televizyaların yayım keyfiyyətinə təsir edən əsas məsələ maliyyədir. Reklamverici şirkətlər birmənalı olaraq kütləni şənləndirəcək, qıcıqlandıracaq layihələrə üstünlük verirlər. İkinci səbəb isə televiziyalarda peşəkarların az olmasıdır. Bu günə qədər müvafiq ali və peşə təhsili verəcək məktəb yaradılmayıb. Həvəskar prodakşnlar isə asan başa gələn, heç bir əziyyət vermədən pul toplayan layihələrə üz tuturlar. Bax, tənqid olunmalı məsələ budur. Yoxsa, ayrılıqda hansısa aparıcını hədəfə alıb, qaralamaqla çıxış yolu tapılmayacaq. Bu gün jurnalistlər əlində qələm pusquda durublar ki, Zaur Baxşəliyev, Zaur Kamal və Xoşqədəm Hidayətqızı hansı səhvi buraxacaqlar ki, onu gündəm etsinlər. Elə həmin saytlarda yazıların keyfiyyəti, elementar üslub səhvlərini heç kim demir. Bəzən öz gözlərində tiri görmürlər, amma acıq çıxmış kimi televizya qüsurlarından yazırlar.

Hamı televiziyalardan maarifçilik proqramları gözləyir. Təcrübəmdən deyə bilərəm ki, bu tip proqramlara baxılma sayı çox az olur. Kitab oxumaqdan qorxan tamaşaçı maarifçi verilişə baxacaq? Əsla! Həm də belə layihələrin səviyyəli alınması üçün kifayət qədər pul lazımdır. Bunu da sponsorlar vermirlər. İndi siz çıxış yolunu təklif edin”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...