Dərs vaxtı müəllimini bıçaqlayan şagirdlə bağlı YENİ XƏBƏR - FOTO
Göyçay rayonunda müəllimini bıçaqlayan şagirdlə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az xəbər verir ki, Göyçay şəhər 7 saylı tam orta məktəbdə hərbi hazırlıq müəllimi Elşən Süleymanovu dərs vaxtı bıçaqlayan 9-cu sinif şagirdi N.B təhsil müəssisəsində çətin tərbiyə olunan şagird kimi tanınıb. Belə ki, atasız böyüyən 15 yaşlı oğlan anasının Türkiyəyə köçməsindən sonra nənəsinin himayəsində qalıb. Bu səbəbdən də yeniyetmə oğlanın davranışlarında müəyyən aqressivliklər müşahidə olunurmuş.
Bildirilir ki, dərs vaxtı hərbi hazırlıq müəllimi Elşən Süleymanov tərəfindən kobud davranışına görə danlanan və daha sonra qaçıb evdən bıçaq götürərək məktəbə qayıdan N.B həbs olunmayıb. Məktəb rəhbərliyinin müraciəti və yaşının azlığı səbəbindən onun barəsində başqa qətimkan tədbiri seçilib və profilaktik söhbətə cəlb edilib.
Göyçay rayon Polis Şöbəsindən Lent.az-a bildirilib ki, məktəblərdə şagirdlərlə daim lazımi söhbətlər aparılır və bu söhbətlər bundan sonra da davam etdiriləcək.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1105 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1092 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1092 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1089 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 990 dəfə oxunub