Azərbaycanda şagirdi tərəfindən bıçaqlanan müəllimin FOTOları
Göyçay rayonunda müəllimini bıçaqlayan şagirdlə bağlı bəzi məqamlar aydınlaşıb.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, Göyçay şəhər 7 saylı tam orta məktəbdə hərbi hazırlıq müəllimi Elşən Süleymanovu dərs vaxtı bıçaqlayan 9-cu sinif şagirdi N.B təhsil müəssisəsində çətin tərbiyə olunan şagird kimi tanınıb. Belə ki, atasız böyüyən 15 yaşlı oğlan anasının Türkiyəyə köçməsindən sonra nənəsinin himayəsində qalıb. Bu səbəbdən də yeniyetmə oğlanın davranışlarında müəyyən aqressivliklər müşahidə olunurmuş.
Bildirilir ki, dərs vaxtı hərbi hazırlıq müəllimi Elşən Süleymanov tərəfindən kobud davranışına görə danlanan və daha sonra qaçıb evdən bıçaq götürərək məktəbə qayıdan N.B həbs olunmayıb. Məktəb rəhbərliyinin müraciəti və yaşının azlığı səbəbindən onun barəsində başqa qətimkan tədbiri seçilib və profilaktik söhbətə cəlb edilib.
Göyçay Rayon Polis Şöbəsindən bildirilib ki, məktəblərdə şagirdlərlə daim lazımi söhbətlər aparılır və bu söhbətlər bundan sonra da davam etdiriləcək.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 988 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 952 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 942 dəfə oxunub