Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Seçicilər Leyla Əliyevanı Milli Məclisin deputatı görmək istəyir” - Millət vəkilindən təklif

“Tam əminik ki, bu il aprelin 11-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev böyük zəfər qazanacaq”

Mynews.az xəbər verir ki, bu fikirləri “Ölkə.Az”-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı bildirib.

Deputat həmçinin deyib ki, Leyla Əliyeva həm gənclərin təmsilçisi, həm ictimai-siyasi xadim, həm də Heydər Əliyev Fondunun vitse-prezidenti kimi çox böyük işlər görür:

Prezident seçkilərinin 11 aprelə təyin edilməsindən sonra YAP-dan ilk açıqlama

 “Leyla xanım Əliyeva nəinki ölkə miqyasında, dünya miqyasında da misilsiz işlər görür, uğurlu humanitar və sosial layihələr həyata keçirir. Təsadüfi deyil ki, Leyla xanım Əliyeva gördüyü uğurlu işlərə görə Avropa və Rusiyada görkəmli gənc kimi tanınır. Bütün bunlara görə də hesab edirəm ki, Leyla Əliyeva çox dəyərli gənc kimi Milli Məclisdə deputatlığa layiqli gəncdir. Biz onun tezliklə Xəzər rayonundan Milli Məclisə deputat seçilməsini arzu edirik. Bu təkcə mənim arzum deyil. Bütün seçicilər bunu bizə söyləyir. Seçicilər Leyla xanım Əliyevanı Milli Məclisin deputat görmək istəyir”.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...