Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Qoca"nı qaçıran qadından XƏBƏR VAR

Kriminal aləmdə "Qoca” ləqəbli dustaq Etibar Məmmədovun həbsdən qaçmasına yardım etməkdə ittiham olunaraq həbs edilən Günay Atakişiyeva və taksi sürücüsü Məhəmməd Hacıyevin barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdim etdiyi təqdimata baxılıb.

Mynews.az teleqraf.com-a istinadən xəbər verir ki, Nəsimi rayon Məhkəməsində hakim Şəlalə Həsənovanən sədrliyi ilə keçirilən prosesdə hər iki şəxsin həbs müddəti 3 ay uzadılıb.

Taksi xidməti göstərən Məhəmməd Hacıyev Günay Atakişiyeva ilə birlikdə məhbus Etibar Məmmədovun qaçmasına yardım göstərməkdə təqsirli bilinirlər. Onların hər ikisi Ağstafa rayon ərazisində həbs edilib, Etibar Məmmədov isə oradan qaçıb.

Hər iki şəxs Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, məhbus Əli Ağami və digər məhbus, "Qoca” ləqəbli Etibar Məmmədov ötən oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib.

Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında Etibar Məmmədovla Əli Ağami qatardan düşürülən zaman qaçıblar. Bir müddət sonra Əli Ağami Şirvanda həbs edilib. Etibar Məmmədov isə əməliyyat zamanı öldürülüb.

Cinayət işi üzrə müğənni Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...