Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda xanım polis həmcinslərini cərimələdi - VİDEO

Bu gün yol patrul xidməti əməkdaşları qayda pozan piyadalara qarşı reyd keçirib. İlk dəfə olaraq reyddə YPX-nın qadın əməkdaşı iştirak edib.

Polis serjantı Turan Daşdəmirova reyd zamanı qaydaları pozan xanım piyadaları saxlayıb. Bəzilərinə xəbərdarlıq olunub, bir sıra piyadalara inzibati qaydada cərimə tətbiq edilib.

Mynews.az xəbər verir ki, avtosfer.az-ın reyddə iştirak edən əməkdaşı bildirib ki, bəzi xanım piyadalar "nişanı görmədim", "həkimdən gəlirəm", "belim ağrıyır keçidə girə bilmirəm" kimi bəhanələrlə məsuliyyətdən yayınmağa çalışıblar.

Reyddən fotoları və videonu təqdim edirik:

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...