Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dünya çempionunu öldürməkdə günahlandırılan şəxslə bağlı - YENİ XƏBƏR

Rusiyanın Xabarovsk şəhərində pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçovu öldürməkdə günahlandırılan azərbaycanlı Anar Allahverənovun cinayət işi üzrə məhkəmə dinləmələri başlayıb.

APA-nın RİA "Novosti" agentliyinə A. Allahverənovun vəkili Konstantin Lısenko bildirib ki, hüquqlarını müdafiə elədiyi şəxs özünü günahkar bilmir.

"Anar Allahverənov dalaşdığını etiraf etsə də, qətl törətmədiyini bildirir", - deyə vəkil vurğulayıb.

Qeyd edək ki, ötən il avqustun 20-də rusiyalı idmançı Andrey Draçov Xabarovsk vilayətində azərbaycanlı Anar Allahverənov tərəfindən döyülərək öldürülüb.

Törətdiyi cinayətə görə təqsirləndirilən A. Allahverənov ömürlük həbs cəzası ala bilər.

Hadisədən bir müddət sonra Anar Allahverənovun atası Əliyar Allahverənov Xabarovskda yolu keçmək istəyərkən avtomobillə vurularaq öldürülüb.

Yol-nəqliyyat hadisəsinin qisas olub-olmadığı da istintaq tərəfindən araşdırılan versiyalar sırasındadır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...