Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda yol kənarına atılan yeni doğulmuş körpə öldü

Bərdə rayonunda yol kənarında yeni doğulmuş körpə tapılıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, yeni doğulmuş körpə rayonun Əmirli kəndi ərazisində yerli sakinlər tərəfindən aşkar olunub. 

Hadisə barədə Təcili Tibbi Yardım Stansiyasına (TTYS) və polisə məlumat verilib. Körpənin atıldığı yerə gələn TTYS-nın həkimləri tərəfindən körpə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Xəstəxanadan bildirilib ki, körpə müayinə və müalicə olunmaq üçün doğum şöbəsinə yerləşdirilib.

Bərdə rayon Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Adil Cəlahan bildirib ki, aparılan müayinələrdən sonra körpənin artıq öldüyü məlum olub. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...