Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Lotu Quli Ukrayna polisini təşvişə salıb - Bazarlarda ermənilər oğurlanır - VİDEO

Ukrayna Milli Polisi yerli kriminal dairələrdə azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) nüfuzunun artmasından narahat olub. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna polisinin rəis müavini Vyaçeslav Abroskin açıqlama verib.

“Zəmanə dəyişir. İndi “qanuni oğru”ıar fahişəlik, narkotik və silah ticarəti, oğurluq, qanunsuz miqrasiya və s. ilə deyil, həm də tikinti biznesi, əmlak məsələləri, dövlət satınalmaları ilə də maraqlanır”.

Abroskin Lotu Qulini müasir qanqster adlandırıb.

“Azad olunduqdan sonra Nadir Səlifov Ukraynaya da öz təsirini yayır. Meyvə-tərəvəz anbarlarında çalışan erməni və ukraynalı şəxslər oğurlanıb. O, MDB məkanındakı göyərti bazarını ələ almaq istəyir. Bu, xırdalıq kimi görünsə də, söhbət böyük pullardan gedir”.

Abroskin “Lotu Quli”nin Ukraynaya ayaq açmaması üçün çalışacaqlarını deyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...